“NETTY 2014” Milli İnternet Mükafatının qalibləri məlum oldu

12 İyun 2014 - 12:30 | Mühüm hadisələr
“NETTY 2014” Milli İnternet Mükafatının qalibləri məlum oldu

İyunun 11-də "NETTY 2014" Azərbaycan Milli İnternet mükafatının təntənəli mükafatlandırma mərasimi keçirilib. 

AR Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin və RYTN-in Elektron Təhlükəsizlik Mərkəzinin dəstəyi ilə keçirilən mərasimdə ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, NETTY Akademiyasının üzvləri, KİV nümayəndələri və qonaqlar iştirak ediblər. 

ictnews.az Elektron Xəbər Xidmətinin məlumatına görə, “NETTY2014” Milli İnternet mükafatının aşağıdakı nominasiyalar üzrə qalibləri elan olunub: 

1. Ən yaxşı dövlət saytı — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı: health.gov.az 
2. Korporativ sayt — Prosper Cartoon Studio, INTEGRAL
3. Elm və təhsil — e-book.az 
4. Mədəniyyət və incəsənət — Target Magazine
5. İnformasiya və xəbərlər — Tibbi Məlumat Portalı
6. Servis-saytlar — Tixac Az
7. Əlyəncə — megafun.az
8. İdman — Sportsmen.azMilli Olimpiya Komitəsinin veb-saytı
9. "Azərbaycan" – "Azərbaycan Teatrı. Dünən, Bu gün, Sabah" - Azərbaycan Teatrı
10. Şəxsi sayt — Rəssam İlham Mirzəyev
11. Cəmiyyət — imho.az
12. Best E-Commers Site — Modshop
Mobil avadanlıqlar üçün ən yaxşı proqram — Baku Airport
İlin İT-Hadisələri — Mobil rabitə şəbəkələrində nömrələrin köçürülməsi xidməti

"İnformasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə" - "Delta Telekom" şirkətinin rəhbəri Ramazan Vəliyev