2017-ci ilin 4-cü rübünün nəticələrinə görə, dünyada ən çox satılan smartfon iPhone X olub. “Apple” şirkəti bu dövr ərzində 29 milyon qurğunu satışa çıxarıb. “Canalys” analitik şirkəti bu qənaətə gəlib.
“Apple” ötən il noyabr ayının əvəllərində çatdırılma ilə əlaqədar bir sıra problemlər yaşasa da, ayın sonunda və dekabrda əngəlləri aradan qaldıraraq smartfonların istehsal həcminin artırılmasına nail olub. Bu da şirkətə 4-cü rübün sonunda bazar payını artırmağa kömək edib.
lenta.ru saytında bildirilir ki, iPhone X-ın böyük məşhurluğu iki amilə əsaslanır: kreditdən asan istifadə və köhnə qurğuların mübadiləsi imkanı. Nəticədə, köhnə iPhone sahibi öz qurğusunu şirkətə təqdim edərək əvəzində yeni smartfonu endirimli qiymətə əldə edə bilir.
Məlumata görə, “Apple” iPhone X-in istehsalı və satışlarını dayandırıb. Şirkət 2018-ci ilin yayında smartfonu satışa çıxarmayacaq. Bu, yeni modelin hazırlanması ilə əlaqədardır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.