Son zamanlar mobil elektronika istehsalçıları müxtəlif möhtəşəm idman hadisələrinin təşkilatçıları ilə reklam məqsədilə razılaşmaq və öz cihazlarına "rəsmi" statusu qazanmağa çalışırlar. Məsələn, “Samsung Galaxy Note 3” Soçi Olimpiadasının rəsmi smartfonu olub.
pitbit.ru saytının məlumatına görə, Braziliyada futbol üzrə dünya çempionatına start verilməsi ərəfəsində “Sony” şirkəti elan edib ki, cari ilin fevralında nümayiş etdirilmiş “Xperia Z2” aparatı bu idman hadisəsinin rəsmi smartfonu olacaq.
Xatırladaq ki, “Sony Xperia Z2” smartfonu sukeçirməz korpusla təchiz edilmiş yeni nəsil qabaqcıl smartfonudur. Cihaz 5,2 düymlük Full HD ekran, 2.3 QHs takt tezlikli dördnüvəli prosessor, 3 QB əməli və 16 QB daxili yaddaş və 20,7 meqapiksellik kamera ilə təchiz edilib.