Azərbaycan domenində saytların sayı 18 faiz artıb

08 Yanvar 2018 - 15:00 | Maraqlı məlumatlar
Azərbaycan domenində saytların sayı 18 faiz artıb

Azərbaycanın milli “.az” domen zonasında 29 minə yaxın İnternet-resurs qeydiyyatdan keçib. 2017-ci ilin yekunlarına əsasən, “.az” domen zonasında İnternet saytlarının qeydiyyatı ilin əvvəli ilə müqayisədə 18 faiz artıb.

WHOIS” resursunun məlumatına görə, qeydiyyata alınmış ümumi İnternet-resurslardan 27104-ü birinci səviyyəli domen zonasında qeydiyyatdan keçib. Bu rəqəm ilin əvvəli ilə müqayisədə 18,6 faiz artıb.

İkinci səviyyəli domen zonası “.com.az” domenində 1098 sayt (6,3 faiz artım) qeydiyyata alınıb. Populyarlığına görə, üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. 2017-ci ildə bu domendə 321 sayt qeydiyyatdan keçib və 31 faiz artım qeydə alınıb.

Qeyd edək ki, “.az” milli domen zonası 1993-cü ildən fəaliyyətə başlayıb.

AZƏRTAC