Elastik elektronikanın çap edilməsi metodu tapılıb

25 Dekabr 2017 - 09:35 | Texnoloji yeniliklər
Elastik elektronikanın çap edilməsi metodu tapılıb

Şimali Karolina Universitetinin tədqiqatçıları metal ərintisinin köməyilə elastik elektronikanın çap edilməsi texnologiyasını təqdim ediblər.

hi-news.ru saytının məlumatına əsasən, yeni texnologiya elastik elektronikanın istehsalı nəticəsində ümumi xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bunun üçün bu kimi qurğuların yaradılması zamanı istifadə edilən funksional mürəkkəblərin əvəzinə 60 dərəcə Selsi temperaturda əriyən metal ərintilər tətbiq edilib.

Alimlər bildiriblər ki, bu texnologiya daha az xərclərlə böyük miqdarda mikrosxemlər istehsal etməyə imkan verəcək. Maraqlıdır ki, yeni texnologiya çap plataları və mikrosxemlərdən elastik ekranlara qədər istənilən texnikanın istehsalına asanlıqla inteqrasiya edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.