Amerikanın “Mug Life LLC” şirkəti fotoşəkillərdən animasiya yaradan proqram hazırlayıb. Kompüter görməsi texnologiyaları və üçölçülü modelləşdirmə əsasında yaradılmış proqram hələ ki, yalnız “Apple” qurğularının istifadəçiləri üçün əlçatandır.
nanonewsnet.ru saytının məlumatına görə, fotoşəkillərin emalı üç mərhələdən ibarətdir: əvvəlcə proqram fotoşəkili həcmli bloklara bölür, sonra onları seçilmiş filtrə uyğun olaraq hərəkətə gətirir və şəkili bərpa edir. Nəticədə adi şəkilin animasiyalaşdırılmış modeli alınır. Proqramda hazır modellər seçməklə yanaşı, yeni modellər yaratmaq da mümkündür.
Qeyd edək ki, “Mug Life” ilk belə proqram deyil. Məsələn, ötən il “face2face” – bir insanın üz hərəkətlərini tutaraq onu başqasının təsvirinə daşıya bilən kompüter görməsi sistemi təqdim olunmuşdu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.