Çin alimləri insan toxumalarını çap edə bilən 3D-bioprinter hazırlayıblar. Yeni qurğunun köməyilə dəri, qığırdaq və qaraciyər toxumalarının kütləvi istehsalına başlanması planlaşdırılır.
“Tibbi materialların kütləvi istehsalı, yüksək keyfiyyət və çap edilmiş məhsulun təhlükəsizliyi 3D-bioçap texnologiyasının kliniki tətbiqi üçün tələb olunan əsas şərtlərdəndir”, – deyə qurğunun hazırlandığı “Regenovo” şirkətinin idarə heyətinin sədri Syu Minyen bildirib.
Müasir dövrdə toxumaların üçölçülü çapı texnologiyası geniş yayılmayıb. Bazarda olan bioprinterlər böyük ölçülüdür, asta işləyir və bir qayda olaraq, toxumaların hər hansı bir növünü çap edə bilir. Bundan başqa, onlar hələ ki, bütün standartlara cavab verən keyfiyyətli məhsul istehsal edə bilmirlər.
nanonewsnet.ru saytının məlumatına görə, 1,6×1,0×1,9 m ölçülərə malik olan qurğu müəyyən müddət ərzində biomateriallardan müxtəlif toxumaları yüksək keyfiyyətlə və daha tez hazırlamağa imkan verən ucluqlarla təchiz edilib. Bioprinter müxtəlif temperaturu dəstəkləyə bilir. İstehsal edilən hüceyrələrin keyfiyyətinə printerin daxilində quraşdırılmış xüsusi skaner nəzarət edir. Hazırda qurğu kliniki sınaqlardan keçirilir. Bu səbəbdən onun köməyilə çap edilmiş orqanlar dərhal kliniki tətbiqə hazır olmayacaq. Buna baxmayaraq, bioprinterin tezliklə birbaşa təyinat üzrə tətbiq edilməsi planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.