Robot-yosunlar insanları müalicə edəcək

29 Noyabr 2017 - 10:19 | Texnoloji yeniliklər
Robot-yosunlar insanları müalicə edəcək

Çətinliklə gedilə bilən yerlərdə lokallaşdırılan anomaliyaların diaqnostikası və müalicəsi mürəkkəb məsələdir. Yaxın zamanlarda həkimlərə Çinin Honkonq Universitetinin alimləri tərəfindən hazırlanmış robot-yosunlar kömək edəcəklər.

meddaily.ru saytının məlumatında bildirilir ki, robotlar yüksək dəqiqliklə məsafədən idarə olunur. Onlar maqnit nanozərrəcikləri ilə örtülmüş mikroskopik yosunlardan ibarətdir. Robotların harada yerləşdiklərini onları skan etdikdə anlamaq mümkündür. Belə ki, yosunlar dərinin səthinə yaxın olduqda işıqlanırlar, toxumalarda olduqda isə yardıma MRT gəlir.

Siçovullar üzərində sınaqlar zamanı məlum olub ki, robotların vəziyyətini maqnitlərdən istifadə edərək dəyişmək mümkündür. Robotlar qan, mədə şirəsi və digər bioloji mayelərdə sərbəst hərəkət edirlər. Alimlərin sözlərinə görə, robot-yosunlardan dərmanların çatdırılması üçün istifadə etmək olar. Laboratoriya sınaqları çərçivəsində qurğular parçalanma zamanı aktiv birləşmələri öz mərkəzindən ayırıblar ki, bu da xərçəng hüceyrələrinə hücum etməyə imkan verib. Bununla belə, robotların parçalanma sürəti örtüyün qalınlığının dəyişməsi hesabına tənzimlənir. Robotlar, həmçinin orqanizmin daxilində anomal kimyəvi dəyişiklikləri tutan diaqnostik vasitə ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.