“CeyKeyMedikal” şirkəti ürək-damar xəstəliklərinin diaqnostikası üçün kredit kartından kiçik kardioqraf təqdim edib. Çəkisi cəmi 25 qr olan qurğu bir həftə ərzində insanın ürəyinin fəaliyyətini qeydə alır. Sonra informasiya USB vasitəsilə portala ötürülür. Burada həkim onu təhlil edərək ilkin diaqnoz qoya bilər.
Şirkətin direktoru Aleksandr Kostrikin bildirib ki, “ELSKAN” layihəsinin əsas üstünlüyü ürək qulaqcıqlarının fibrilyasiyasının erkən mərhələdə qeydə alınması və diaqnostikası imkanıdır. Bu problem tromboemboliya, insult və infarktdan ölümün əsas səbəblərindəndir.
meddaily.ru saytının məlumatına görə, kardioqrafın kliniki sınaqları zamanı müayinənin nəticələrinə əsasən, ürəkdə 20 əməliyyat yerinə yetirilib və ya dərmanlarla müalicə tövsiyə edilib. Qurğunun qiymətinin 35-85 dollar təşkil edəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.