Suyu təmizləyən butulka təqdim edilib

08 Noyabr 2017 - 12:20 | Texnoloji yeniliklər
Suyu təmizləyən butulka təqdim edilib

Zahirən metal korpusa malik adi butulkaya bənzəyən “Quartz”ın daxilində suyun mikrob və digər təhlükəli orqanizmlərdən təmizlənməsi üçün kiçik ultrabənövşəyi lampa yerləşdirilib.

hi-tech.mail.ru saytının məlumatına görə, butulka 0,5 litr su tutur. Suyu təmizləmək üçün ultrabənövşəyi lampanı 1 dəqiqəlik işə salmaq lazımdır. Qurğunun istehsalçıları “Quartz”ın inteqrasiya edilmiş akkumulyatorundan 2 ay ərzində istifadə etməyin mümkün olduğunu bildiriblər. Batareya MicroUSB konnektoru vasitəsilə enerji toplayır. Qadcetdən istənilən yerdə istifadə etmək mümkündür. Həmçinin termos kimi işləyən butulkanı təmiz suyun tapılması çətin olan yerlərə aparmaq olar.

Layihə “Kickstarter” platformasında yerləşdirilib və artıq lazımi məbləği toplayıb. İlk alıcılar qadcetləri 2018-ci ilin martında 59 dollara əldə edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.