“Microsoft” şirkətinin “Azure” bulud xidmətinin abunəçilərinə “Cray” superkompüterlərinə giriş imkanı verilib. Yeni xidmət “Microsoft”un biznes-müştərilərinə platformanın intensiv resurslu proseslər, modelləşdirmə, maşın təlimi və süni intellektin simulyasiyası ilə bağlı paylanmış çox yüklənən hesablamaları yerinə yetirməyə imkan verəcək.
hitech.vesti.ru saytının məlumatına görə, “Azure”a yüksək məhsuldarlığa malik “Cray XC” və “Cray CS” hesablama klasterləri, həmçinin məlumatların saxlanılması sistemi “ClusterStor”əlavə olunub. Supergüclü “Cray” sistemi maliyə modelləşdirmələri, tibbi-bioloji simulyasiyalar, kosmik tədqiqatlar və iqlim dəyişikliklərinin modelləşdirilməsi üçün istifadə oluna bilər.
Qeyd edək ki, “Nvidia”şirkətinin “Piz Daint” çipləri ilə təchiz edilən “Cray XC50” dünyada üçüncü ən məhsuldar superkompüter hesab olunur. “TOP500”ün iyun ayına dair reytinq cədvəlinə əsasən, İsveçrə sistemi yalnız iki “çinli” superkompüterdən (Sunway TaihuLight və Tianhe-2) geri qalır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.