Çen Syaoli adlı robot Çendu Texniki Universitetinin kitabxanasında istifadə olunmağa başlayıb. Bir metr hündürlüyə malik, dolu, yumru başlı və insanlarla ünsiyyət zamanı böyük gözlərini qırpa bilən robot kitabxananın birinci mərtəbəsinin zalında hərəkət edir. O, “aclıq” hiss etdikdə özü enerji toplamağa gedir. İş zamanı kitabxananın yeni əməkdaşı tez-tez əksəriyyəti tələbələrdən ibarət olan pərəstişkarları tərəfindən mühasirəyə alınır. Robot ən çox məhz onlara qulaq asmağı xoşlayır.
belta.by saytının məlumatına görə, Çen Syaoli – xarakterə malik robot, həmçinin hirslənə bilir. “Sənin adın nədir?” sualına cavab olaraq robot səbrini itirə və deyə bilər: “Cavab vermək istəmirəm. Görünür ki, sən artıq mənim adımı bilirsən. Qəsdən məni hirsləndirmək üçün soruşursan!”
Robot üçün məsuliyyət daşıyan müəllim Çen Tunyanın sözlərinə görə, kaprizli robot “yemək” istəmədikdə onu əlindən tutaraq yükləmə qurğusuna aparmaq lazım gəlir. Bu zaman o, hirslənə və ona toxunmamağı xahiş edə bilər. Robot özünü xöşbəxt hiss etdikdə isə, Çin qrupunun “Little Apple” mahnısının sədaları altında rəqs etməyi sevir.
Universitetin robotu “işə götürmə” səbəbi tələbələrin süni intellektin necə sürətlə inkişaf etdiyi haqqında anlayışa malik olmalarıdır. Çen Syaoli əməkdaşların işini yüngülləşdirir. Sevimli robot ziyarətçiləri salamlayır və suallara cavab verir. Ondan kitabxananın açılış və bağlanış vaxtlarını, kitabları almamışdan öncə oxucu biletini rəsmiləşdirməyin lazım olub-olmadığını və s. maraqlanmaq olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.