Sinirin süni stimulyasiyası xəstəni vegetativ vəziyyətdən çıxarıb

28 Sentyabr 2017 - 14:56 | Maraqlı məlumatlar
Sinirin süni stimulyasiyası xəstəni vegetativ vəziyyətdən çıxarıb

Azan sinirin (Nervus vagus – 10-cu kəllə-beyin siniri) stimulyasiyası üçün hazırlanmış implantat 15 ildir ki, vegetativ vəziyyətdə olan xəstəyə onun minimal şüurunu qaytarıb. Azan sinir udlaq əzələləri, ağ ciyər, qida borusu, bağırsaq və ürəyin  innervasiyası, çoxsaylı sensor siqnallarının beyinə geri ötürülməsi, həmçinin mədə və mədəaltı vəzinin işi kimi müxtəlif funksiyaları yerinə yetirir.

Ağır travma və ya beyinin oksigenlə təmin olunmasında çox uzun fasilə vegetativ vəziyyətin inkişafına gətirib çıxara bilər. “Ən aşağı” beyin bölmələrinin işinin qorunub saxlanılması zamanı böyük beyin yarımkürələrinin funksiyasının kobud pozuntusu pasiyentdə hərəkətverici reflekslər və yuxu ilə ayıqlığın növbələşməsini yaradır.

Bu halda xəstə əsnəyə və işığa reaksiya verə bilsə də, özünü və ətraf mühiti anlamayacaq.  Bəzi hallarda insan vegetativ vəziyyətdən minimal şüura qayıda bilir. Lakin əgər bu, travmadan sonra 12 ay ərzində baş verməzsə, praktiki olaraq bir daha baş vermir.

naked-science.ru saytının məlumatına görə, Fransanın Bron Universitetindən olan həkimlər artıq 15 ildir ki, vegetativ vəziyyətdə olan 35 yaşlı kişinin sağalması üçün iş aparıblar. Onlar implant edilmiş miniatür qurğu ilə xəstənin azan sinirini stimullaşdırmağa nail olublar. Bu periferiya ilə beyini birləşdirən ən əhəmiyyətli yollardan biridir və onun süni stimulyasiyası (Vagus Nerve Stimulation) bəzən epileptik ürəkkeçmələrlə mübarizə aparmaq üçün istifadə olunur.

Bir ay ərzində təsirin intensivliyi tədricən güclənərək 1 milliamper səviyyəyə çatıb. Xəstədə xeyli irəliləyiş əldə edilib – o, bir çox müraciətlərə reaksiya verib, ətrafdakı obyektləri izləyib və başını azca çevirib.  Xəstə vegetativ vəziyyətdən minimal şüur vəziyyətinə keçərək 15 il ərzində ilk dəfə “şüurun mövcudluğunun sabit, ölçülən əlamətlərini” göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.