Ötən il 740 milyon məxfi fayl oğurlanıb

19 May 2014 - 12:44 | Texnoloji yeniliklər
Ötən il 740 milyon məxfi fayl oğurlanıb

“Zurich insurance Group” sığorta şirkəti ilə “Atlantic Council” analitik agentliyinin birgə apardığı tədqiqata əsasən, 2013-cü ildə hakerlər tərəfindən 740 milyon məxfi fayl oğurlanıb. 

cybersecurity.ru saytının məlumatına görə, təxminən 2,5 milyard insan müntəzəm olaraq internetdən istifadə edir və orta hesabla hər bir insana şəbəkəyə qoşulmuş 6 cihaz düşür. Hər dəqiqə 204 milyon elektron məktub göndərilir, 640 TB həcmində məlumat ötürülür və 100 min tvit dərc edilir. 

Bu gün məxfi informasiya ciddi iqtisadi çətinlik yarada biləcək həssas vəziyyətdədir. Hazırda dünyada fərdi şəxs və təşkilatları kibertəhdidlərdən qoruyacaq lazımi texnologiya mövcud deyil.