Yeni mikroskop hüceyrə və orqanların 3D-təsvirlərini yaradır

21 Sentyabr 2017 - 16:00 | Texnoloji yeniliklər
Yeni mikroskop hüceyrə və orqanların 3D-təsvirlərini yaradır

Madridin III Karlos Universitetinin alimləri tədqiq edilən obyektlərin üçölçülü modellərini tez bir zamanda əldə etmək imkanına malikdirlər. Hazırladıqları mikroskop sayəsində onlar məsələn, balıqların ürəyinin necə döyündüyünü görə və dərhal onun üçölçülü rekonstruksiyasını əldə edə bilərlər.

hi-news.ru saytının məlumatına görə, bu qurğu saniyədə 200 kadra qədər çəkməyə imkan verir, bunun sayəsində aparat analoji qurğuların fonunda əlverişliliyi ilə seçilir. Buna bənzər ən müasir aparatlar saniyədə ən çox beş şəkil çəkmək imkanına malikdir.

Aparat dörd lazerlə təchiz edilib, lakin onların sayını altıya qədər artırmaq mümkündür. Qurğu bu lazerlər sayəsində müxtəlif tip hüceyrələri digər hüceyrəyə nəzarət etmək lazım olduğu zaman hər dəfə onları dəyişdirməyə ehtiyac olmadan işıqlandıra bilər.

Üçölçülü modeli yaratmaq üçün, mikroskop müxtəlif mövqelərdən şəkillər çəkir, buna görə də, bu mürəkkəb prosesə cəlb edilmiş bütün lazer, kamera, filtr və mühərriklər aparatın işini nizama salan, istehsalçıların “QI-scope” adlandırdıqları xüsusi proqram təminatı ilə idarə olunurlar.

Alimlərin sözlərinə görə, onların mikroskopu canlı orqanizmləri öldürmədən onları daha effektiv öyrənməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.