Okean axınlarından enerji əldə olunması sistemi sınaqdan keçirilib

29 Avqust 2017 - 16:00 | Texnoloji yeniliklər
Okean axınlarından enerji əldə olunması sistemi sınaqdan keçirilib

Yaponiyanın “IHI Corporation” şirkəti enerji potensialının əldə olunmasının innovativ sistemini hazırlayıb. Bir dəqiqə belə dayanmadan işləyən sistemin əsasında qurğunun altından keçən sualtı axınlar dayanır.

globalscience.ru veb-saytının məlumatına əsasən, elektrik enerjisinin əldə olunması sistemi elektriki təbii yolla istehsal etmək imkanına malik dünyada ilk və tək enerji stansiyasıdır. Şirkət rəhbərliyi artıq sistemin işi barədə rəsmi bəyanatla çıxış edib.

Ekspertlərin bildirdiyinə görə, yeni avadanlıq bütün il ərzində dayanmadan daimi işləyəcək. Yapon alimlərinin avqustun əvvəlində həyata keçirdikləri ilk buraxılış unikal avadanlığın işinə start verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.