Böyük Britaniyanın Staffordşir Universitetinin tədqiqatçıları 3D-vizuallaşdırma və ən yeni “Oculus Rift”, “HTC Vive” qarniturlarını rəqəmsal variasiyada virtual cinayət səhnələrini yaratmaq üçün tətbiq ediblər.
vladtime.ru saytının məlumatına görə, tədqiqat zamanı cinayətin törədildiyi məkanın vizuallaşdırılmasına nail olunub. Bunun sayəsində hakim, məhkəmə iştirakçıları və bütün arzu edənlər ən yeni qurğular vasitəsilə məhkəmə zalından çıxmadan hadisə yerinə teleportasiya edəcəklər.
Tədqiqatçıların sözlərinə görə, bu 3D-vizuallaşdırma bütovlükdə hadisəni və dəlilləri daha dəqiq qiymətləndirməyə kömək edəcək, həmçinin cinayətin daha həyəcanlı səhnələrini toplamağa və ötürməyə imkan verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.