Daha çox oyun konsolları istehsalçısı kimi məşhur olan “Atari” ilk dəfə “geyilə bilən elektronika” bazarına çıxıb. Şirkət “Speakerhat” adlı yüksək keyfiyyətli dinamiklərə malik beysbol papağını təqdim edib. Yenilik Atari Connected Life xətti çərçivəsində hazırlanmış ilk məhsuldur.
hitech.vesti.ru saytının məlumatına görə, beysbol papağı mikrofonla təchiz edilmişdir ki, bu da Bluetooth vasitəsilə digər qurğulara qoşulmağa və səs komandaları ilə onları idarə etməyə imkan verir. Beləliklə, qurğu Bluetooth-qulaqlıqlardan o qədər də fərqlənmir.
“Atari” nümayəndələri bildiriblər ki, yenilik ilk növbədə fitnes həvəskarları üçün nəzərdə tutulub. Şirkət söz verib ki, Speakerhat “sosial səsin yeni təcrübəsini” təqdim edir, Multiplayer Mode rejimi isə bir neçə istifadəçiyə eyni zamanda eyni səs axınını dinləməyə imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.