Gələcəyin telefonları spirtlə işləyə biləcək

07 May 2014 - 16:00 | Texnoloji yeniliklər
Gələcəyin telefonları spirtlə işləyə biləcək

Finlandiyanın Aalto Universitetinin mühəndisi Canmarino Skotti elektrik enerjisini müxtəlif yanacaq materiallarından – maye hidrogen, etanol və metanoldan hasil edən kiçik və səmərəli yanacaq dəliyi hazırlayıb. 

C.Skotti doktorluq dissertasiyasında yanacaq dəliklərinin sənaye istehsalının çox qənaətcil texnoloji prosesini təsvir edir. Bu onu deməyə əsas verir ki, yanacaq dəliklərinin kütləvi istehsalına ən yaxın vaxtlarda başlanacaq. 

Dəliklərin hər biri səthi olmaqla qalınlığı təxminən bir mm, ölçüsü 14х14 mm təşkil edir. Lazım odluqda onları bir-birinə calamaq və bir massivdə qruplaşdırmaq mümkündür. Dəliklərdən biri spirtlə doldurulduqda 0,5 V, maye hidrogenlə doldurulduqda 1 V gərginliyində cərəyan ötürür. Telefon üçün bir neçə yanacaq dəliyi yetərlidir və bu halda onlar müasir akkumulyatorlarla müqayisədə daha az yer tutacaq. Ən əsası isə odur ki, istifadəçi telefonu istənilən mağazada bir neçə saniyəyə enerji ilə doldura biləcək. 

xakep.ru saytının məlumatına görə, C.Skotti miniatür ölçülü yanacaq dəliklərinin istehsalının ucuz başa gəlməsi üçün bir neçə üsul təklif edir. Birincisi, silisium korpusu daha ucuz alüminiumla əvəz etməkdir. Bundan başqa, o, dəliklərin istehsalı üçün lazer ablasiyasından – maddənin səthdən lazer impulsu ilə təmizlənməsindən istifadə etməklə daha effektiv üsullar kəşf edib. 

Alimin proqnozlarına əsasən, spirtlə işləyən ilk mobil telefonlar satışa 1-10 ildən sonra çıxarıla bilər. Hələ bəzi kiçik problem həll olunmalı, yanacaq dəliklərinin doldurulması üsulları tapılmalı və onlar hava çirkləndirməsindən mühafizə edilməlidir. C.Skotti əmindir ki, miniatür yanacaq dəlikləri daha çox kosmonavtika sahəsində tətbiq olunacaq.