Beynəlxalq Telekommunikasiya İttifaqı kibertəhlükəsizlik üzrə qlobal indeksi təqdim edib. Kibertəhlükəsiz ölkələrin reytinqində Estoniya dünya üzrə 5-ci, Avropa üzrə 1-ci yerə sahib olub.
psm7.com saytının məlumatına görə, reytinqin top beşliyinə Sinqapur, ABŞ, Malayziya, Oman və Estoniya daxil olub. Ümumilikdə siyahıda 195 ölkə yer alıb. Avropada reytinqə Estoniya, Fransa və Norveç liderlik edir.
Kibertəhlükəsizlik üzrə qlobal indeks beş meyar əsasında tərtib edilib: qanunvericilik, texniki və təşkilat potensialı, potensialın artırılması tempi və əməkdaşlıq.
Kiberkonfliktlərin qurbanı olduqdan sonra, 2007-ci ildən başlayaraq Estoniya dünyada kibertəhlükəsizlik sektorunun çox böyük fəallıqla inkişaf etdiyi ilk ölkə olmuşdur. Həmin dövrdə Estoniya Avstriya, Lüksemburq və Cənubi Koreya kimi ölkələrlə kibertəhlükəsizlik sferasının inkişafı haqqında müqavilələr imzalamışdır.
Qeyd edək ki, MDB ölkələri arasında reytinqin ilk pilləsi Gürcüstana aiddir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Belarus qərarlaşıb. Hesabatda Ukrayna kibertəhlükəsizlik sektorunda “inkişaf edən” ( “maturing” ) ölkələr qrupuna daxil olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.