İsveçdə uğursuz texnologiya məhsullarının muzeyi açılıb

13 İyun 2017 - 16:40 | Maraqlı məlumatlar
İsveçdə uğursuz texnologiya məhsullarının muzeyi açılıb

Hətta böyük İT-şirkətlər də bəzən tələbat olmayan məhsulu bazara çıxararaq səhvə yol verirlər. İsveçdə kommersiya baxımından uğur qazana bilməyən bu kimi texnologiya məhsullarının muzeyi açılıb.

dni24.com saytının məlumatına görə, “Vesta” kolleksiyasının eksponatları arasında müasir planşetlərin sələfi olan “Apple Newton” fərdi rəqəmsal köməkçi də var. Sensor ekran və hətta əl ilə yazılmış hərflərin tanınması sisteminə malik olan qadcet 1993-cü ildə istehsal edilib. Lakin qurğu gözlənilən uğura nail ola bilməyib, bu da istehsalçıları layihəni dayandırmağa vadar edib.

Daha bir eksponat isə imkanları “Google” korporasiyası tərəfindən həddindən artıq yüksək qiymətləndirilmiş “Google Glass” əlavə reallıq eynəyidir. Bundan başqa, 1970-ci illərin əvvəllərində “Sony” şirkətinin mütəxəssislərinin hazırladığı “Betamax” video-kasetləri də unudulmayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.