37 000 sakinin yaşadığı Nevar Avropada “eTree” texnologiyasının tətbiq edildiyi ilk şəhər olub.
İsrailin “Sol-logic” şirkəti Fransanın Nevar şəhərində sakinləri daimi İnternetə çıxış və içməli su ilə təmin edəcək “ağıllı” ağac quraşdırıb. Ağac vasitəsilə smartfonları enerji ilə doldurmaq da mümkündür.
popmech.ru saytının məlumatına görə, ağacın daxilində enerji doldurma qurğuları, LCD ekran və içməli su ilə təchiz olunmuş fəvvarə quraşdırılıb. Wi-Fi şəhər sakinləri üçün istənilən zaman əlçatandır. “eTree” gecə işıqlandırmasına da malikdir. Onun “yarpaqları” qurğunun fasiləsiz işini təmin edən böyük günəş panellərindən ibarətdir.
Qeyd edək ki, “ağıllı” ağac ilk dəfə 2015-ci ilin dekabr ayında Parisdə keçirilən iqlim problemlərinə həsr olunmuş konfransda təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.