Konfransda proqram mühəndisliyinin müxtəlif problemləri ilə bağlı 72 məruzə dinlənildi.
“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransı öz işini uğurla başa çatdırdı.
Tədbirin bağlanış mərasimində seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, ölkədə proqram mühəndisliyi sahəsində mövcud problemlərin həlli və yüksəkixtisaslı kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
Sonra çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək proqram mühəndisliyi sahəsində elmi tədqiqatların dərinləşdirilməsinin zəruriliyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.