“Sonsuz” fləş-kart

24 Aprel 2017 - 12:56 | Texnoloji yeniliklər
“Sonsuz” fləş-kart

Rusiyanın “Flashsafe” şirkətinin mütəxəssisləri “sonsuz” fləş-kart hazırlayıblar.

vladtime.ru saytının məlumatına görə, Rusiya ekspertləri loqin/parol, müxtəlif brauzerlər və elektron qutular kimi ənənəvi mühafizə üsullarından imtina ediblər. Artıq məxfi məlumatlar daha sadə və tamamilə təhlükəsiz texnologiyanın köməyilə saxlanıla bilər. Belə ki, yeni fləş-kart onlayn bulud vasitəsilə faylların “sonsuz” saxlanılmasını təmin edir.

Şirkətin təsisçisi və baş direktoru Aleksey Çurkin bildirib ki, istifadəçi ID-qurğu ilə bağlı deyil, bütün məlumatlar şifrələnmiş halda saxlanılır. Unikal ideya sayəsində fləş-kartı itirdikdə belə faylları bərpa etmək mümkün olacaq. Qurğunun may ayında satışa çıxarılacağı planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.