“Əbədi” disk hazırlanıb

12 Aprel 2017 - 12:33 | Texnoloji yeniliklər
“Əbədi” disk hazırlanıb

Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək “əbədi” disk hazırlanıb. tech.onliner.by saytının məlumatında bildirilir ki, od, su və kosmik radiasiyaya dayanıqlı olan disklərin istehsalına 2021-ci ildə başlanacaq.

Tədqiqat qrupunun rəhbəri İvan Qlebovun sözlərinə görə, informasiyanın yazılması və oxunması prinsipinin hazırlanması, həmçinin yazılan materialın seçilməsinə 2015-ci ildə Perspektiv Tədqiqatlar Fondunun layihələrindən biri kimi başlanılıb.

Yeni disklərin əsas istifadəçiləri informasiyanın saxlanılmasının xüsusi əhəmiyyət kəsb etdiyi qurumlar (arxivlər, muzeylər, kitabxanalar, dövlət strukturları, ordu, banklar) olacaq. Onun fikrincə, “əbədi” disklərə IT-şirkətlər tərəfindən də böyük tələbat olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.