Ötən ilin ən yaxşı smartfonu

01 Mart 2017 - 16:58 | Maraqlı məlumatlar
Ötən ilin ən yaxşı smartfonu

Samsung Galaxy S7 Edge” smartfonu 2016-cı ilin mobil qurğuları kateqoriyasında ən yaxşı qurğu seçilib.

Belə ki, “Samsung Galaxy S7” “MWC” konfransı çərçivəsində “2016-cı ilin ən yaxşı smartfonu” nominasiyasında birinci yerə çıxaraq “Global Mobile Awards 2017” mükafatına layiq görülüb. “Ən yaxşı smartfon” adı uğrunda beş qurğu - “iPhone 7 Plus”, “Galaxy S7”, “Google Pixel XL”, “Huawei P9” və “Moto Z” mübarizə aparıb.

Macdigger” resursunun məlumatına görə, smartfon mütəxəssislər tərəfindən korpusun dizaynı, məhsuldarlığı və fotoqrafik imkanlarına görə seçilib.

Mükafat müəllifləri bildiriblər ki, “Samsung Galaxy S7 Edge” qurğusunda texniki xüsusiyyətlər cəlbedici dizaynla uyğunluq təşkil edir. “Galaxy S6 edge” modelindən ən yaxşı cizgiləri nümunə götürən qurğu 2560х1440 piksel təsvir ölçülü “Super AMOLED” ekran, yaddaş kartının genişləndirilməsi imkanı ilə təchiz edilməklə sukeçirməzdir.

Xatırladaq ki, 2015-ci ildə “İlin ən yaxşı smartfonu” mükafatına “iPhone 6” və “LG G3”, 2014-cü ildə “HTC One”, 2012-ci ildə “Samsung Galaxy S II”, 2011-ci ildə “iPhone 4” layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.