“Samsung” şirkəti “Galaxy Ace Style” smartfonunu təqdim edib

08 Aprel 2014 - 15:00 | Texnoloji yeniliklər
“Samsung” şirkəti “Galaxy Ace Style” smartfonunu təqdim edib

“Samsung” şirkətinin yeni “Galaxy Ace Style” smartfonu qeyri-tələbkar istifadəçilər üçün nəzərdə tutulub. 

“Samsung Galaxy Ace Style” “WVGA” təsvir ölçülü 4 düymlük ekran, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 512 MB tutumunda əməli yaddaş və 4 QB həcmində daxili fləş-yaddaşla təchiz edilib. Həmçinin “microSD” formatlı yaddaş kartları üçün slot, arxa paneldə 5 meqapiksellik kamera, ön paneldə “VGA” kamerası, “Wi-Fi”, “Bluetooth 4.0”, “NFC” simsiz rabitə modulu var. Akkumulyatorun tutumu 1500 milliamper/saat təşkil edir. Aparat “Android 4.4 KitKat” əməliyyat sistemi ilə işləyir. 

Şirkətdən bildiriblər ki, yeni smartfon bu ay satışa çıxarılacaq. Qurğu ağ və qara rəngli korpuslarda olacaq. 

ictnews.az