"YouTube" videoservisinə 1 milyarddan çox subtitrli video yüklənib

23 Fevral 2017 - 11:48 | Maraqlı məlumatlar

YouTube videoservisində 1 milyarddan çox subtitrli videoçarx tapmaq mümkündür. Bu, videonun səs keyfiyyətinin aşağı olduğu hallarda və ya eşitmə problemi olan insanlara xarici dili öyrənməyə kömək edəcək. YouTubeda ilk belə video 2006-cı ilin sentyabrında meydana çıxmışdı. Bu gün subtitrli videolar bəzən hətta səhv tələffüz, dialekt, ləhcə və səs-küylü fonla müşaiyət olunmasına baxmayaraq onların izlənmə sayı gün ərzində 15 milyonu ötür.

hi-tech.ua saytının məlumatına görə, “Google” videolara mütəmadi olaraq nitqin tanınması texnologiyası və maşın təlimi alqoritmlərini əlavə edərək öz funksiyasını təkmilləşdirir. Bu gün ingilis dilində olan subtitrlərin alqoritmlərlə yaradılmasının dəqiqliyi onları insan göstəricilərinə daha da yaxınlaşdırır.

YouTube gələcəkdə videoservisdə dəstəklənən digər doqquz dili – rus, fransız, holland, alman, yapon, italyan, koreya, ispan və portuqal dillərini də izləyicilər və videoçarx müəlliflərinin köməyilə təkmilləşdirməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.