Rusdilli İnternet istifadəçiləri 7 apreli Runetin ad günü kimi qeyd edirlər
1994-cü il aprelin 7-si Rusiyanın .ru domeni qeydiyyatdan keçərək yuxarı səviyyəli milli domenlərin beynəlxalq bazasına daxil oldu. Beləliklə, Rusiya rəsmi olaraq, dünyanın İnternet şəbəkəsində təmsil olunan ölkələr sırasında yer aldı. ".ru domeninin idaretmə qaydaları haqqında" müqavilə isə bundan öncə 1993-cü il aprelin 4-də həmin dövrün nəhəng rus provayderlərinin yığıncağında imzalanmışdı.
Bundan sonra Rusiyanın bütün domen adları .ru zonasında qeydiyyatdan keçdi. calend.ru saytının məlumatına görə, o vaxta qədər yerli İnternet resursları 1991-ci ildən etibarən beynəlxalq domenlər və .su domenində yerləşdirilirdilər. Lakin, Sovet İttifaqı dağıldıqdan sonra, müstəqil dövlətlərə yeni domen adları verilməyə başladı və keçmiş sovet respublikalarına aid 15 domen adı yaradıldı.