İnternet-medianın fəaliyyətinə maliyyə vəsaiti ayrıla bilər

03 Aprel 2014 - 12:00 | Mühüm hadisələr
İnternet-medianın fəaliyyətinə maliyyə vəsaiti ayrıla bilər

Gələcəkdə İnternet medianın da fəaliyyətinə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu(KİVDF) tərəfindən dəstək verilməsi gerçəkləşə bilər. Bu haqda fondun icraçı direktoru Vüqar Səfərli “Trend” informasiya agentliyinə "KİVDF-nin yaradılması həqiqətən tarixi zərurət idi" adlı müsahibəsində bildirib. 

Fondun fəaliyyətində gözlənilən yeniliklərdən söz açan V.Səfərli İnternet-medianın müasir dövrdə insanların həyatında ən mühüm istiqamətlərdən birinə çevrildiyini bildirib. Müsahib Azərbaycanda İKT sektorunun surətlə inkişaf etməkdə olduğunu, onun inkişafına dövlət tərəfindən hər cür dəstək göstərildiyini qeyd edib. 2013-cü ilin Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə "İKT ili" elan edildiyini xatırladan V.Səfərli gələcəkdə fond tərəfindən İnternet-medianın da fəaliyyətinə maliyyə dəstəyinin verilə biləcəyini istisna etməyib.