AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1, 2, və 13 saylı şöbələrin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklədiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsinin müzakirəsinə həsr olunmuş növbəti birgə elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev bildirdi ki, Big Data mühitində informasiya təhlükəsizliyinin təmin olunması üzrə qrant layihəsi çərçivəsində tapşırılmış işlərin icra vəziyyəti və əldə olunmuş nəticələrin müzakirəsi gündəlikdə duran əsas məsələlərdir.
Sonra seminar iştirakçıları layihə çərçivəsində gördüyü işlər haqqında məlumat verərək əldə olunmuş nəticələrin konfrans və jurnallarda çap olunmasına dair fikir mübadiləsi apardılar. Qərara alındı ki, fevral ayının sonuna kimi qrant layihəsi ilə bağlı həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə yenidən seminar təşkil edilsin və hər bir layihə iştirakçısı əldə etdiyi nəticələri məqalə şəklində konfranslara təqdim etsin.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.