"Ölüm düyməsi" nədir?

02 Aprel 2014 - 17:00 | Texnoloji yeniliklər
"Ölüm düyməsi" nədir?

Cinayətkarlarda mobil qurğuları oğurlamaq arzusunu tamamilə yox etmək üçün qurğunu istifadə üçün yararsız hala gətirəcək "ölüm düyməsi" ("kill switch") funksiyası lazımdır

ABŞ-ın Kreyton Universitetinin statistika kafedrasının müdiri Uilyam Dakvortun tədqiqatında iştirak edən 1200 nəfər amerikalının 99%-i bu fikirdədir. Rəyi soruşulanların 83%-i hesab edir ki, kill switch smartfon oğurluqlarının sayının azalmasına səbəb olacaq. 93% respondentin sözlərinə görə, bu texnologiya bütün operatorlarda pulsuz olmalıdır. 

Dakvort bildirib ki, hər il ABŞ sakinləri oğurlanmış telefonların əvəzinə aldıqları yeni telefonlara təxminən 500 milyon dollar xərcləyirlər. Təkcə 2012-ci ildə amerikalılara məxsus təxminən 1,6 milyon planşet oğurlanmışdır. Bundan başqa, bütün dünyada mobil qurğular üçün sığortaların əldə edilməsinə 2 milyard dollar pul xərclənib. 

hitech.newsru.com saytının məlumatına görə, ötən il Amerikanın 4 ən böyük operatoru sığorta satışından 7,8 milyard gəlir əldə ediblər. Bununla əlaqədar olaraq, mobil şirkətlər mobil telefonlarda "ölüm düyməsi"nin istifadəyə verilməsində maraqlı deyil.