“Netflix” xidmətinin dörd istehsalçısı “Hack Day” illik müsabiqəsi çərçivəsində düşüncə əmrlərinin köməyi ilə xidmətin işini idarə etməyə imkan verən, televizor pultunu əvəz edən qurğu yaradıblar.
hitech.newsru.com saytının məlumatına görə, “MindFlix” adlı qurğu sahiblərinə düşüncəni daha yaxşı fokuslamaq və konsentrasiyanı itirməməyə imkan verən Muse qarniturları əsasında yaradılıb. Lakin “Netflix” mühəndisləri qarniturun digər tətbiqini də aşkar ediblər və onu xidmət menyusunun televizorun ekranında sürüşdürülməsi və videokontentin işə salınması üçün uyğunlaşdırıblar.
Qeyd edək ki, analoji müsabiqələr digər texnologiya şirkətləri arasında da keçirilir. Bu kimi yarışlar əməkdaşların komandada işləmək bacarıqlarının formalaşdırılmasına və məsələlərin həllinə innovativ yanaşmağa imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.