Britaniyalı məktəbli öz saytını 6 milyon dollara satmaqdan imtina edib

25 Yanvar 2017 - 10:57 | Maraqlı məlumatlar
Britaniyalı məktəbli öz saytını 6 milyon dollara satmaqdan imtina edib

Böyük Britaniyadan olan 16 yaşlı məktəbli Məhəmməd Əli öz saytını 6 milyon dollara satmaqdan imtina edib.

planet-today.ru saytının məlumatına görə, o, münasib qiymətə malların axtarışı üçün müxtəlif təklifləri müqayisə etməyə kömək edən unikal “Weneed1.com” resursunu 60 yaşlı ortağı Kris Torpla birgə hazırlayıb. Dünyada analoqu olmayan xidmətlə amerikalı investorlar maraqlanıblar. Hələ dekabrın başlanğıcında onlar məktəbliyə startapı 6 milyon dollara satmağı təklif etsələr də, Məhəmməd Əli bunu qəbul etməyib.

Gənc sahibkar qeyd edib ki, resurs üçün hazırda böyük məbləğ təklif edilirsə, gələcəkdə “Weneed1.com”un dəyəri bir neçə dəfə arta bilər. “Mən əlverişli sazişdən imtina etməyin kiçik risk olmadığını anlayıram, lakin öz şəxsi işimlə məşğul olmaq istəyirəm”, – deyə Məhəmməd Əli bildirib.

Hələ 2006-cı ildə Əli yaratdığı videooyuna abunəni aya 7,5 dollara sataraq təxminən 40 min dollar qazanıb. O zaman məktəbli bildirib ki, oyun yaratmağı “YouTube”da yerləşdirilən videoçarxlar və internetdəki məqalələrdən öyrənib. Məhəmməd Əli ümid edir ki, onun nümunəsi başqa yeniyetmələrə də innovativ ideyaları həyata keçirmək üçün ilham verəcək ki, bu da onlara gəlir gətirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.