“The Boston Consulting Group”un analitikləri dünyanın ən innovativ şirkətlərinin “Top-50” reytinqini dərc ediblər.
“PaySpace Magazine” redaksiyasının məlumatına əsasən, artıq 11 ildir ki, reytinqin lideri “Apple” şirkətidir. Növbəti bir neçə pilləni də Amerika şirkətləri (“Google”, “Tesla”, “Microsoft” və “Amazon”) tutub. “Samsung”, “Toyota”, “Facebook” və “IBM” şirkətləri də ilk onluqda yer alıb.
Qeyd edək ki, dünyanın ən innovativ şirkətlərinin siyahısının təxminən 70 faizi amerikan şirkətlərinin payına düşüb. Asiyadan 7 şirkət – “Toyota Motor”, “Xiaomi”, “Samsung” və digərləri, Avropadan isə 10 şirkət – “Bayer”, “BMW”, “Daimler” və s. “Top-50” reytinqində yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.