Gözlə idarə olunan smartfon hazırlanıb

06 Yanvar 2017 - 12:23 | Texnoloji yeniliklər
Gözlə idarə olunan smartfon hazırlanıb

Çinin smartfon və telekommunikasiya avadanlıqları istehsalçısı olan “ZTE” şirkəti istifadəçinin göz bəbəyinin hərəkətləri ilə verilən əmrlərə tabe olan smartfon hazırlayıb.

tass.ru saytının məlumatına görə, smartfonun ön kamerası xüsusi texnologiya ilə təchiz edilib ki, bu da qurğuya göz hərəkətlərinə reaksiya verməkdə kömək edir. Telefonun xarici səthi onu asanlıqla divara bərkitməyə və zəruri olduqda yenidən çıxarmağa imkan verən xüsusi materialla örtülüb.

Hazırda sınaq mərhələsində olan qurğunun 2017-ci ilin sentyabrında ictimaiyyətə təqdim olunacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.