Çin şirkəti “EHang” pilotsuz uçan taksilərinin sınaqlarını keçirib. “EHang 164” pilotsuz uçan təyyarəsinin yeni sınaqları zamanı onun manevr qabiliyyəti, idarəetməsi və gecə uçuşları yerinə yetirmək imkanı yoxlanılıb.
naked-science.ru saytının məlumatına görə, “EHang 164” işıqların hər birinin sonlarında iki elektromotorun yerləşdirildiyi kvadrokopterlərin sxeminə əsasən hazırlanıb. Bu taksilərin 100 kq-a qədər ümumi çəkiyə malik sərnişinləri daşıya biləcəyi gözlənilir. Aparat saatda 100 km-ə qədər sürət toplayacaq və 23 dəqiqə ərzində havada qala biləcək.
Şirkət 2017-ci ildə də pilotsuz uçan taksilərin sınaqlarını davam etdirmək niyyətindədir. Bu taksilər 4G standartının mobil əlaqə şəbəkəsinin köməyilə idarəetməni həyata keçirəcəklər. Bundan başqa, istehsalçılar “EHang”in pilotsuz uçan taksiləri üçün yeni idarəetmə mərkəzinin sınaqlarına başlayacaqlar. Operatorlar bu mərkəzlər vasitəsilə onlarla aparata nəzarət edə biləcəklər.
Qeyd edək ki, “EHang”in pilotsuz uçan takisləri ilk dəfə “CES 2016” sərgisində təqdim olunub
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.