2017-ci ildə dünya əhalisinin 44%-i smartfonlardan istifadə edəcək

22 Dekabr 2016 - 15:18 | Maraqlı məlumatlar
2017-ci ildə dünya əhalisinin 44%-i smartfonlardan istifadə edəcək

Strategy Analytics” tədqiqat şirkətinin qiymətləndirmələrinə əsasən, dünyada smartfon istifadəçilərinin sayı 2016-2022-ci il aralığında 58% artacaq. 2016-cı ildə dünya əhalisi arasında kommunikatorların yayılma dərəcəsi 39% təşkil edəcək, 2017-ci ildə isə 44%-ə qədər artacaq.

dailycomm.ru saytının məlumatına görə, smartfonların  tətbiqi sahəsində liderlik edən Şimali Amerika və Qərbi Avropa ölkələri öz mövqelərini qoruyub saxlayacaqlar. Eyni zamanda, kommunikatorların yayılmasının ən böyük artımı Mərkəzi və Latın Amerikası, həmçinin Asiya-Sakit okean regionunun inkişafda olan bazarlarında qeydə alınacaq. Afrika və Yaxın Şərq ölkələrində isə smartfonların irəliləyişi daha az olacaq.

Bundan öncə şirkət ekspertləri bildirmişdilər ki, 2016-cı ildə dünyada smartfon istifadə edənlərin sayı 13% artacaq və qurğuların sayı 3 milyard olacaq. 2020-ci ildə isə istifadə edilən qurğuların sayının 4 milyarda çatacağı proqnozlaşdırılmışdı. Həmçinin qeyd edilmişdi ki, dünya üzrə ən çox tələbat Android əməliyyat sistemi əsasında işləyən smartfonlara olacaq. Məşhurluğuna görə, ikinci yeri Apple iOS tutacaq.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.