GyroCycle – müvazinətini saxlaya bilən motosiklet

12 Dekabr 2016 - 17:24 | Maraqlı məlumatlar
GyroCycle – müvazinətini saxlaya bilən motosiklet

“Thrustcycle Enterprises” şirkətinin hazırladığı “GyroCycle” elektrik motosikleti hərəkət edib-etməməsindən asılı olmayaraq öz müvazinətini müstəqil saxlamaq imkanına malikdir. “GyroCycle” seriyasının ilk motosikletləri artıq növbəti il ərzində satışa çıxarılacaq.

dailytechinfo.org saytının məlumatına görə, müvazinətini sərbəst olaraq saxlaya bilən digər motosiklet və velosipedlər kimi “GyroCycle” motosikletində də böyük sürətlə fırlanan hiroskopik effekt yaradan nazim çarxlardan istifadə olunub. Bu effekt sayəsində motosiklet döngələrdə yana doğru əyilmə zamanı və tam dayandıqdan sonra belə müvazinətini saxlayacaq, eləcə də sürücünü qısa müddətli dayanma zamanı – məsələn, işıqfor qarşısında yerə ayağını qoymaq ehtiyacından azad edəcək.

“GyroCycle” motosikletinin son variantında yağ vasitəsilə soyuyan elektrik mühərrikləriylə inteqrasiya edilmiş nazim çarxlar istifadə ediləcək. Motosikleti enerji ilə həcmi saatda 130 kilometr məsafə qət etməyə imkan verən litium-ion akkumulyatorlarının batareyası dolduracaq.

İlk buraxılışda motosikletin qiymətinin 20 min ABŞ dolları təşkil etməsi nəzərdə tutulub. Sonrakı istehsal dövründə isə onun qiyməti nisbətən aşağı olacaq. 

Qeyd edək ki, bundan əvvəl şirkət müvazinətin saxlanılmasının buna oxşar sistemləri ilə təchiz edilmiş velosipedlərin iki nümunəsini yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.