Süni intellekt yeni il mahnısı yazıb

12 Dekabr 2016 - 16:36 | Maraqlı məlumatlar
Süni intellekt yeni il mahnısı yazıb

Kanadanın Toronto Universitetinin tədqiqatçıları müvafiq təlim keçdikdən sonra sərbəst şəkildə musiqi bəstələmək imkanına malik süni intellekt sistemi hazırlayıblar. Bu neyron şəbəkə bəzənmiş yeni il küknarının təsvirini analiz edərək yeni il mahnısı yazıb.

dailytechinfo.org saytının məlumatına görə, neyron şəbəkənin təlimini Toronto universitetinin süni intellekt laboratoriyasının məzunu Xanq Çu (Hang Chu) keçirib. Təlim prosesində şəbəkə 100 saatdan çox müddət ərzində musiqi videosu və uyğun izahlarla təchiz edilmiş şəkil kolleksiyasını “gözdən keçirib”.

“Əvvəl biz hesab edirdik ki, süni intellektin əsas təyinatı robot texnikası və digər belə sahələrdir. İndisə onun imkanlarının çox geniş olduğunu görürük. Və belə bir sual ortaya çıxır: süni intellekt bizim üçün daha nələr edə bilər”, – deyə Toronto universitetinin professoru Rakvel Urtasun bildirib.

O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə ixtisaslaşdırılmış süni intellekt sistemləri YouTube və ya Spotify-də müəllifi olduqları video yaxud musiqi əsərlərini insanlara təqdim edə biləcəyi şəxsi kanallarını yaradacaqlar. Belə nəticəyə gəlmək olar ki, dərin maşın təlimi və bu kimi texnologiyalar həyatımızı daha rəngarəng və maraqlı edəcək.

Aşağıda  süni intellekt sisteminin hazırladığı yeni il mahnısının mətni ingilis dilində təqdim edilib.  

Lots to decorate the room.
The Christmas tree is filled with flowers. I swear its Christmas Eve.
I hope thats what you say.
The best Christmas present in the world is a blessing.
I've always been there for the rest of our lives.
A hundred and a half hour ago. I am glad to meet you.
I can hear the music coming from the hall.
A fairy tale. A Christmas tree.
There are lots and lots and lots of flowers.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.