“Ağıllı” qələm əşyaların 3D-modellərini hazırlamağa imkan verəcək

09 Dekabr 2016 - 12:04 | Texnoloji yeniliklər
“Ağıllı” qələm əşyaların 3D-modellərini hazırlamağa imkan verəcək

“Instrumments” şirkəti müxtəlif predmetləri üzük və lazerdən ibarət xüsusi mexanizmin köməyilə 0,1 mm-dək dəqiqliklə ölçməyə imkan verən “ağıllı” qələmi təqdim edib.

4pda.ru saytının məlumatına görə, istehsalçılar növbəti ildə obyektləri ölçməklə yanaşı, onların 3D-modellərini hazırlamağa imkan verəcək mobil proqramı istifadəyə verməyi planlaşdırırlar. Qələmi lazımi predmet üzərində gəzdirməklə, onun həcmli modeli real zaman rejimində smartfonun ekranında görünəcək.

Şirkət nümayəndələri, həmçinin daha əlçatan qurğu olan “01Go” haqqında məlumat veriblər: “Əsas fərq qurğunun ucunda qələmin olmamasıdır ki, bunun sayəsində aksessuar daha yığcamdır. Lakin bu halda istifadəçilər ölçüləri qeyd etmək üçün adi qələmdən istifadə etməli olacaqlar”.

Qeyd edək ki, “Instrumments 01”i “Indiegogo” platformasında 149 dollara sifariş etmək olar. “01Go”nun qiyməti isə cəmi 79 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.