Parkinson xəstələri üçün qaşıq hazırlanıb

09 Dekabr 2016 - 11:48 | Texnoloji yeniliklər
Parkinson xəstələri üçün qaşıq hazırlanıb

ABŞ-ın  “Liftware” şirkəti əllərin əsməsindən əziyyət çəkən insanlara yemək alətlərindən istifadə etməyə imkan verən qurğu hazırlayıb. Bu barədə istehsalçı öz saytında məlumat verib.

Əl və ayaqların əsməsi müxtəlif xəstəliklərin simptomu ola bilər ki, bunlardan biri də Parkinsonun xəstəliyidir. naked-science.ru saytının məlumatına görə, əllərin titrəməsi gündəlik hərəkətlərin yerinə yetirilməsinə maneə yaradır, eyni zamanda bu xəstəlikdən əziyyət çəkən insanlar qida qəbulu zamanı ciddi çətinliklərlə üzləşirlər. Əsmələrin azaldılması məqsədilə tez-tez medikomentoz terapiyadan istifadə olunsa da, son zamanlar digər mübarizə üsulları da öyrənilir.

Bu məqsədlə hazırlanmış Level adlı yeni qurğu ələ taxılan və əsmələri dayandıran sabitləşdirici qulpdan ibarətdir. Qulpa qaşıq və ya çəngəlli taxma quraşdırılmışdır. Level inteqrasiya edilmiş akkumlyatordan enerji alır. Şirkət nümayəndələrinin fikrincə, qurğunu 1 saat yükləmək kifayətdir. Bu, üç dəfə qida qəbul etməyə imkan verir.

Level-in Steady adlı ilk versiyası hələ 2013-cü ildə nümayiş etdirilmişdi. Lakin o, az elastikliyə malik idi və  əlin əsməsinin öhdəsindən yaxşı gəlmirdi. Bundan başqa, Steady dizaynın funksionallığına görə də Level-dən geri qalırdı: belə ki, yeni versiyanın ələ taxılması və istifadəsi daha rahatdır. Onun qiyməti 195 dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.