AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 7-10 noyabr 2016-cı il tarixlərdə Hollandiyada bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.
GEANT Baş Assambleyasının iclaslarında aparılan müzakirələrdə institutun Horizon-2020 proqramı çərçivəsində GEANT tərəfindən koordinasiya edilən birgə layihədə iştirakı barədə qərar qəbul edilib. Həmçinin “Avropa Açıq Elm Buludu” təşəbbüsünə müvafiq olaraq hazırlanan fəaliyyət planı nəzərdən keçirilib.
“EaPConnect” layihəsinin iclaslarında isə bir il ərzində əldə olunan nəticələr haqqında Avropa Komissiyasına təqdim olunacaq hesabatın ilkin layihəsi müzakirə edilib, o cümlədən milli elm və təhsil şəbəkələrinin inkişafına dəstək üçün digər ölkələrin təcrübəsinin öyrənilməsi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Səfər çərçivəsində, həmçinin antiplagiat sistemləri ilə bağlı fəaliyyət göstərən “Turnitin” şirkətinin nümayəndələri ilə görüş keçirilib, AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə bu qurum arasında elmi və texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.