30 noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

30 Noyabr 2016 - 09:10 | Maraqlı məlumatlar
30 noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü artıq 28 ildir ki, dünyada qeyd olunur. Əsas məqsəd hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, istifadəçilərin, avadanlıq və proqram vasitələri istehsalçılarının, eləcə də ictimaiyyətin diqqətini təhlükəsizlik problemlərinə yönəltməkdir.

1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan edib. Həmin gün “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb ki, bu da mütəxəssisləri informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünməyə vadar edib. O zamandan etibarən Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə hər il ənənəvi olaraq informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.