“Sun Microsystems” şirkətinin təsisçisi Vinod Xosla süni intellektin bir neçə ildən sonra informasiya texnologiyaları mütəxəssislərinin işini yerinə yetirə biləcəyinə dair açıqlama verib. O, süni intellektin serverlərə və data mərkəzlərə də daxil olacağını bildirib.
nanonewsnet.ru saytının məlumatına görə, “Tesla Motors” şirkətinin qurucusu İlon Maskın fikrincə isə avtomatlaşdırma insanlar üçün yeni imkanlar açacaq, daha çox istirahət etməyə və işdə maraqlı tapşırıqları yerinə yetirməyə imkan verəcək.
“LendingRobots” şirkətinin direktoru Emmanuel Maro isə tezliklə robotların insanları hətta rəhbər vəzifələrdə əvəz edəcəklərini bildirib. Qeyd edib ki, Kanadada vətəndaşların 30 faizi qərəzsiz kompüter proqramının insanla müqayisədə daha etibarlı rəhbər olacağına inanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.