Bu yaxınlarda dünya üzrə ən güclü superkompüterlərin reytinqi olan TOP500 növbəti buraxılışını ictimaiyyətə təqdim edib. Reytinqin ilk iki yerində Çin qərarlaşsa da, superkompüterlərin sayına görə ilk onluğa ABŞ liderlik edir. Hər iki ölkə reytinqdə 171 superkompüter sistemi üzrə qərarlaşıblar və bu sistemlər ümumi hesablama gücü baxımından təxminən bərabər hesab edilir.
2015-ci ilin noyabrında TOP500-də Çinin payına 108, ABŞ-ın payına isə 200 superkompüter düşürdü, bu da ümumi sayın 40 fazini təşkil edirdi. Bundan sonra Çin əhəmiyyətli dərəcədə irəliləyərək cari ilin iyun ayına olan reytinqdə superkompüterlərinin sayını 167-ə qədər artırmış, ABŞ sistemlərinin sayında isə 165-ə qədər azalma müşahidə olunmuşdur.
dailytechinfo.org saytının məlumatına görə, Linpack testinin köməyilə müəyyənləşdirilən ümumi hesablama gücü baxımından ABŞ reytinqin lider ölkəsidir. Belə ki, TOP500-ə daxil edilmiş bütün superkompüterlərin ümumi gücünün 33,9 faizi ABŞ superkompüterlərinin payına düşür. Çin Amerikadan az faizlə geri qalır – bu ölkənin payına superkompüterlərin ümumi hesablama gücünün 33,3 faizi aiddir.
Demək olar ki, TOP500 reytinqinin ilk onluğunda mühüm dəyişikliklər baş verməyib. 1-ci və 2-ci yerdə Çinin Sunway TaihuLight (93 TFlops) və Tianhe-2 (34 TFlops) superkompüterləri öz mövqelərini qoruyub saxlayıblar. Onluğa iki yeni sistem də daxil olub – Milli Berkli Laboratoriyasının superkompüteri Cray XC40 Cori (5-ci yer, 14 TFlops) və yapon sistemi Oakforest-PACS (Fujitsu PRIMERGY CX1640 M1, 6-cı yer, 13,6 TFlops).
Nəticə olaraq qeyd etmək lazımdır ki, 2015-ci ilin noyabr ayı ilə müqayisədə TOP500 reytinqində bütün superkompüterlərin ümumi hesablama gücü 60 faiz artaraq 672 PFlops təşkil edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.