Yer kürəsində mövcud olan bütün canlı varlıqların üçölçülü modeli yaradılacaq

16 Noyabr 2016 - 10:00 | Maraqlı məlumatlar
Yer kürəsində mövcud olan bütün canlı varlıqların üçölçülü modeli yaradılacaq

Amherst Massaçusets Universitetinin (University of Massachusetts Amherst) bioloq Dunkan İrşikin rəhbərlik etdiyi alimlər qrupu obyektlərin tamrəngli üçölçülü modellərini yüksək həlletmə qabiliyyəti ilə yaratmağa imkan verən “Beastcam Array” adlı tətbiq hazırlayıblar. 

Hazırda alimlər sağ olan bütün canlı varlıqların üçölçülü modelinin daxil olunacağı bazanın yaradılması üçün “Digital Life” adlı layihəni reallaşdırmağa başlayıblar.

dailytechinfo.org saytının məlumatına görə, proqram təminatı kifayət qədər tez bir zamanda müxtəlif kameralarla çəkilmiş şəkilləri məlumat mənbəyi kimi istifadə edərək obyektin üçölçülü modelinin tərtib edilməsinin öhdəsindən gəlir. “Biz Beastcam texnologiyasının köməyilə Yer kürəsində mövcud olan bütün canlı varlıqların rəqəmli mirasını yaradacağıq”, – deyə Dunkan İrşik bildirib.

Üçölçülü modellər qeyri-kommersiya və yaradıcılıq məqsədilə istifadə üçün açıq girişlə təmin olunacaq. Alimlər ümid edirlər ki, bu modellər yalnız alimlər üçün deyil, həm də pedaqoq və təbiət müdafiəçiləri üçün böyük əhəmiyyətə malik olacaq.

Qeyd edək ki, “Beastcam Array” tətbiqi ilk vaxtlar yalnız bir neçə heyvan növünün üçölçülü modellinin yaradılması üçün hazırlanmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.