Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan “Thomson Reuters” şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları – 2016”nı təqdim edib.
Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində aparıcı elmi axtarış platforması olan “Web of Science” bazası əsasında tərtib olunub. Analiz “Thomson Reuters” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi-tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutu da “Web of Science” mükafatına layiq görülən elmi-tədqiqat qurumları sırasındadır.
Tədbirdə beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər mükafatlandırılıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.