“Airbus”, “Rimowa” və “T-Systems” şirkətləri xüsusi çamadanının hazırlanması ilə bağlı ideya irəli sürüblər. Güman olunur ki, “ağıllı” Bag2Go çamadanları sərnişinlər tərəfindən yükün axtarışını yüngülləşdirəcək. O, həmçinin yükdaşıyanlara yeni biznes imkanları verəcək.
Yük RFID və GPS texnologiyalarının köməyilə smartfona öz yerdəyişməsi haqqında məlumatı ötürə biləcək ki, bu da onu tez bir zamanda tapmağa imkan verəcək. Həmçinin sahibi itməsindən ehtiyat etmədən çamadanı başqa reyslə göndərə biləcək.
ittube.ru saytının məlumatına görə, yükün yerdəyişməsi haqqında böyük məlumatların emalı loqistik xidmətlərin işinin optimallaşdırılmasına da imkan verəcək. Belə ki, əldə edilmiş məlumatlar yük şirkətlərinə öz təyyarələrinin güclərini planlaşdırmağa kömək edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.