3D printerində yemək "çap olunacaq"

12 Mart 2014 - 10:33 | Texnoloji yeniliklər
3D printerində yemək "çap olunacaq"

"Intellectual Ventures Laboratory" şirkətinin nümayəndəsi Pablos Xolman yeni imkanlara malik 3D-printerlərin hazırlanması üzərində işləyir. Bu printer su ilə tozaoxşar inqrediyentləri qarışdıraraq alınmış məhluldan ucluqlar vasitəsilə müxtəlif yeməkləri formalaşdıracaq. 

"Computerworld" jurnalının məlumatına görə, lazımi tozlarla dolu olan kartriclə təchiz edilmiş qurğu qidanı adi yeməklər şəklində "çap edə" biləcək. Printer, həmçinin ən yüksək dəqiqliklə qidalanma kaloriliyini izləməyə, yeməkləri vitaminlərlə zənginləşdirməyə və hətta həkimin məsləhət bildiyi dərmanları əlavə etməyə imkan verəcək.